Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonuna yeni prokuror təyin olundu

21 may 2020 | 16:00

Prokurorluq orqanlarının kadr  korpusunun  peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının  Baş Prokuroru Kamran  Əliyevin imzaladığı əmrə əsasən  Samux rayon prokuroru vəzifəsini   icra edən  Hacıyev  Mayıl Mehman  oğlu  Samux  rayonunun  prokuroru  vəzifəsinə təyin  edilmişdir.
21 may  2020-ci il tarixində  Samux Rayon Icra Hakimiyyətində keçirilən tədbirdə    Azərbaycan   Respublikasının  Baş Prokuroruluğunun  Hüquqi təminat idarəsinin rəisi III   dərəcəli dövlət ədliyyə müşaviri Natiq Hüseynovun iştirakı ilə   Samux rayon prokuroru  Hacıyev  Mayıl Mehman oğlu Samux Rayon Icra hakimiyyətinin başçısı Alı Qocayevin və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə kollektivə təqdim olunmuşdur. Natiq Hüseynov yeni prokuroru təqdim edərək ona işlərində uğurlar arzulayaraq yeni vəzifəsinin öhdəsindən gələcəyinə və əzmlə çalışacağına inandığını bildirmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev prokuror təyin olunması münasibəti ilə Mayıl Hacıyevi təbrik edərək ona görəcəyi işlərdə uğurlar diləyərək  prokuror kimi  şərəfli və məsuliyyətli bir işdə hər zaman  peşəkarlıqla çalışacağına əmin olduğunu və rayon İcra Hakimiyyətinin başçısı  kimi hər zaman ona dəstək olacağını qeyd etdi.

Keçidlər