Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda avtomobil yolları cari təmir edilmişdir

19 may 2020 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2020-ci ilin  yanvar-mart ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Gəncə-Samux, Samux-Hacıalılı, Samux-Sarıqaya avtomobil yollarında asfalt beton qarışığı ilə 6770 kv.metr sahədə təmir işləri görülmüşdür. Bu məqsədlə 812,4 ton miqdarında 40,62 min manat dəyərində iş  yerinə yetirilmişdir.
Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu istiqamətində asfalt salınması üçün yolda  hamarlanma işləri həyata keçirilmiş, su ötürücü borular qurulmuş, 4 ədəd körpünün tikintisi planlaşdırlmışdır. Hal-hazırda işlər davam etdirilir.

Keçidlər