Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxda məhsul buraxılışının 51,6 faizi kənd təsərrüfatının payına düşüb

15 may 2020 | 16:00

Samux rayonu üzrə bu ilin birinci rübündə məhsul buraxılışının həcmi 28089,7 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 531,6 min manat və ya 1,9 faiz çoxdur.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buraxılan məhsulun 14487,8 min manatı və ya 51,6 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.
Məhsul buraxılışının həcmi sənaye üzrə 6,6 faiz, tikinti üzrə 3,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 2,5 faiz, informasiya və rabitə üzrə 0,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 34,8 faiz olub.
Samux, 14 may, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər