Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxdakı təsərrüfatlarda 2520 arı ailəsi saxlanılır

14 may 2020 | 16:00

Arıçılıq Samux rayonu üçün ənənəvi sahələrdən hesab olunur. Hazırda rayonda 2520 arı ailəsi mövcuddur. Bunun 2425-i və ya 96,2 faizi əhali təsərrüfatlarında saxlanılır.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son 4 ildə arı ailələrinin sayı 2096 ədəd artıb.
Qeyd edilib ki, bu artımın səbəbi “Arıçılığın inkişafına dəstək layihəsi” əsasında əhali təsərrüfatlarındakı arı ailələrinə və 2018-ci ildən arıçılığın inkişaf etdirilməsi məqsədilə subsidiyaların verilməsi ilə bağlıdır. Həm dövlət tərəfindən göstərilən dəstəyə, həm də münasib iqlim şəraitinə və zəngin florasına görə Samux rayonunda arıçılıq ildən-ilə inkişaf edir. Həmçinin maya dəyəri az, gəliri isə çox olduğuna görə arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır. İndi rayonda arıçılıq məhsullarından həm qida, həm də müalicə məqsədilə geniş istifadə edilir.
Samux, 13 may, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər