Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

11 dekabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zazalı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Altay Əliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Zeynalov Hafiz Tabdıq oğlu məişət tulantılarının kəndin qıraq hissəsinə daşınmasına köməklik göstərilməsini xahiş etdi.
2. Quluyev Ramiz Həmid oğlu Zazalı kənd orta məktəbinin arxa hissəsində yerləşən subartezian quyusundan  əhaliyə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdi.
3. Qurbanov Zabit Həbib oğlu iri buynuzlu mal-qarasının Rayon Baytarlıq idarəsi tərəfindən müayinə edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər