Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

04 dekabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacalılı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Sabit Verdiyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Salmanov Zülfiqar Ərşad oğlu Qobu deyilən ərazidə yeni 2 (iki) ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
2. Əliyev Suliddin Ağabala oğlu Hacıalılı kəndi ərazisində irəmə xəttinin təmiri xahiş etdi.
3. Muradov Əlyar Kərəm  oğlu kəndin yeni yaşayış massivinə təbii qaz  xətinin çəkilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər