Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Narkomaniyaya yox deyək” adı altında tədbir keçirildi

03 dekabr 2019 | 16:00

03.12.2019-cu il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Uşaq Gənclər və İnkişaf Mərkəzi ilə birlikdə “Narkomaniyaya yox deyək” adı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova qeyd etdiki sevindirici haldır ki, narkotiklərdən istifadəyə görə rayonumuz ən aşağı göstəriciyə malikdir. Düşünürük ki, gələcəkdə də barmaqla sayılacaq qədər azlıq təşkil edən narkotik istifadəçilərinin sayı sıfıra enəcək. Gələcəyinizi ağ ölümə tərk etməyin. Çıxışı davam etdirən Samux rayon UGİM-n rəhbəri Məhəbbət Həsənova da cəmiyyət üçün böyk təhlükə olan narkotik vasitələrin istifadəsinin zərərindən geniş bəhs etdi. Tədbir diskussiya şəklində aparıldı. Müəllimlər və şagirdlər narkomaniyanın insan cəmiyyətinə vurduğu zərərdən danışdılar.
Tədbir Samux rayon Heydər Əliyev Mərkəzinin qalereyasında uşaqların “ağ ölüm” adlı narkomaniya ilə bağlı çəkdikləri əl işlərindən ibarət sərginin nümayişi ilə sona çatdırıldı. Uşaqlar çəkdikləri rəsmlərdə narkotik vasitələrin zərərindən və öz əsərlərində nəyi göstərmək istədiklərini izah etdilər.

Keçidlər