Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yeni mərkəzi xəstəxananın tikintisinə başlanılır

27 noyabr 2019 | 16:00

Səhiyyə Nazirliyi Samux rayonunda yeni mərkəzi xəstəxananın tikintisinə başlayır.
“Report” xəbər verir ki, nazirlik bu məqsədlə “Fərid inşaat” firması ilə müqavilə bağlayıb.
Kommersiya qurumuna 6 852 838 manat ödəniləcək.Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 8-də “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

Keçidlər