Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda çağırışaqədərki gənclərə konsert proqramı təşkil olundu.

22 noyabr 2019 | 16:00

Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının akt zalında Samux rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mədəni-kütləvi tədbir təşkil edildi. Tədbirdə Samux rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev, Gənclər və İdman Nazirliyinin nümayəndələri Əli Məmmədov, Altay Paşayev, tam orta məktəblərin hərbi müəllimləri,  digər qonaqlar və çağırışaqədərki gənclər iştirak edirdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni və şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükutla başladı. Tədbiri açıq elan edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev iştirak edən qonaqları və gəncləri salamladı və Samux gəncliyinin vətənpərvərlik ruhunda tərbiyəsindən, vətən uğurunda şəhid olmuş Samux övladları haqqında söhbət açdı. Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədova söz verildi. Əli müəllim ilk növbədə Gənclər və İdman Naziri cənab Azad Rəhimovun salamını Samux gənclərinə çatdırdı. Qeyd etdi ki, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.2. yarımbəndinin icrası ilə əlaqədar olan belə tədbirlər silsiləvi olaraq bütün regionlarda keçirilir. Samux gənclərininin vətənpərvərlik ruhunun yüksək olduğunu qeyd etdi. Bunu hər il keçirilən “Şahin” və s. vətənpərvərlik oyunlarının nəticəsindən görmək olar.
Daha sonra Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin müşayəti ilə Bakı şəhərindən gəlmiş gənc müğənnilərin ifasında vətəpərvərlik və şən mahnılar səsləndi. Tədbir tamaşaçıların böyük marağına səbəb oldu.

Keçidlər