Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu cənab Zeki Öztürk tanışlıq məqsədilə Samux rayonuna səfər etdi

22 noyabr 2019 | 16:00

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu, cənab Zeki Öztürk  tanışlıq məqsədilə Samux  rayonuna səfər etdi.
Səfər çərçivəsində qonaq Samux Rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
Sonra rayon rəhbəri bildirdi ki, Samux rayonu günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir. Rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.
Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.

Keçidlər