Şriftin ölçüsü :

Saytın rəngi :

“17 Noyabr-Milli Dirçəliş günü” münasibəti ilə Samux rayonunda yaşıllaşdırma aksiyası keçirildi

15 noyabr 2019 | 16:00

“17 Noyabr-Milli Dirçəliş günü” münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə yaşıllaşdırma aksiyası keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin də iştirak etdiyi tədbirdə aksiya iştirakçıları tərəfindən Samux-Çobanabdallı-Gəncə magistiral avtomobil yolunun kənarına 2000 ədəddən artıq həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmiş, onların suvarılması təmin edilmişdir. Ağacların inkişafı üçün gübrələr verilmiş, yeni su xətti çəkilmişdir.

Keçidlər