Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Dövlət-din münasibətləri: tolerantlıq və multikulturalizm” mövzusunda seminar-müşavirə keçirildi.

16 oktyabr 2019 | 16:00

Oktyabrın 16-da Samux rayonunun Ziyadlı kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri: tolerantlıq və multikulturalizm” mövzusunda seminar-müşavirə keçirilib.
Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Qəzənfər Əliyev çıxış edərək bildirdi ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İctimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir.
Sonra çıxış edən DQİDK əməkdaşı Rövşən Hacıyev Azərbaycan xalqının əsrlərboyu digər dinlərə və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. O, respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını, ölkəmizin tolerantlıq, multikultural dəyərlər və İslam həmrəyliyi ilə dünyaya birlik və həmrəylik mesajı verdiyini qeyd edib.
Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsi-Şöbə müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışdı.Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın respublikamızın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini qeyd edib.
Seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Keçidlər