Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

16 oktyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Lək kənd bələdiyyəsinin sədri Cəsur Məmmədov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Qəməndər Qəzənfər oğlu Lək kəndi ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklrini yenisi ilə dəyişdirilməsini xahiş etdi.
2. Namazov İsmizahid Niyaz oğlu Lək kəndində yeni yaşayış massivində təbbi qaz xəttinin çəkilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər