Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda qanvermə aksiyası keçirildi

15 oktyabr 2019 | 16:00

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu Samux rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə qanvermə aksiyası həyata keçirdi.
Samuxda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri könüllü olaraq aksiyada iştirak ediblər. 94 nəfər aksiyada iştirak etmişdir.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Keçidlər