Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda sahələrin düzgün qaydada suvarılmasını təmin etmək üçün əsas işlər görülüb

12 oktyabr 2019 | 16:00

Kənd təsərrüfatının inkişaf etdirilməsində suvarma sistemlərinin xidməti böyük və əvəzsizdir.

Təbii ki, suvarma sistemləri olmadan əkin sahələrini suvarmaq, bol məhsul əldə etmək mümkün deyil.

Samux rayon suvarma sistemləri idarəsindən verilən məlumata görə, son aylar rayon ərazisində  suvarma kanallarının təmizlənməsi istiqamətində xeyli işlər görülür və təmizliyə ciddi şəkildə nəzarət olunur

Qeyd edək ki, Samux rayon Suvarma Sistemləri İdarəsi(SSİ) 26600hektar suvarılan torpaqlara xidmət edir. Rayon üzrə 529 ədəd subartezyan quyusu və 25 ədət nasos stansiyası, 726.5kilometr uzunluğunda təsərrufat daxili və təsərüffat arası su kanalı, 63 ədət hidrotexniki qurğu, 39 ədət körpü-kecid, 61 ədət su ölcən qurğu var və tam saz vəziyyətdə əhalinin xidmətindədi.

Müsahibimiz onu da əlavə etdi ki, hazırda rayon üzrə suvarmada hər hansı bir problem qeydə alınmayıb,ancaq su xəttlərində nasazlıq yarandığı halda maneənin aradan qaldırılması üçün dərhal idarənin texnika və mütəxəssisləri hərəkətə keçəcək

Keçidlər