Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının ərazi ilk partiya təşkilatının üzvləri ilə növbəti görüşü keçirildi.

11 oktyabr 2019 | 16:00

11 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının akt zalında Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının üzvləri ilə növbəti görüş keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatı Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa Hüseynov bildirdi ki, Yeni Azərbaycn Partiyası xalq üçün, Azərbaycanın gələcəyi üçün yaradılıb.Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi: “O, xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi.Bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var.Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib: bu müddət ərzində görülən işlərə Prezident –xalq birliyi nəticəsində nail olunub.Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım və inkişaf yoxdur ”.
Gülağa Hüseynov xaricdəki mühacir azərbaycanlıların yalnış yolda olduğunu vurğuladı.O,qeyd etdi ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: “Bu insanlara qarşı susmaq lazım deyil.İnzibati tədbir görməklə, tərbiyə mümkün deyil.Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”.
Sonra tədbirdə geniş çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirdi ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Bu imkanlardan istifadə olunaraq, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var.Onların arxasında bəzi xarici dairələr dayanır.Həmin insanları mailəyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur.G.Bayramov qeyd etdi ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə-islahatlara,abadlıq –quruculuq işlərinə kölgə salmağa cəhd edirlər.Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar.Belə olan halda, YAP üzvləri daha fəal olmalıdırlar.Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətə keçdi.Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır.
Təhsil işçilərindən Leyla Əliyeva -İnstitut qəsəbə tam orta məktəbin müəllimi, Jalə Nəsibova - Qarayeri 2 saylı tam orta məktəbin müəllimi, Əfqanə Umani - Yuxarı Ağasıbəyli tam orta məktəbun müəllimi,Günel Əhmədova – Sərkar kənd tam orta məktəbin müəllimi çıxış edərək, son illər Azərbaycanda bütün sahələr üzrə çox böyük islahatlar həyata keçirildiyini və Azərbaycanın gələcəyinin daha parlaq olacağını bildirdilər.Onlar qeyd etdilər ki, bu parlaq gələcəyi yaratmağa qadir olan ləyaqətli gənclərimiz yetişib.Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər.Çünki gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi cəmiyyət həyatında mühüm rol oynayırlar.

Keçidlər