Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Alıuşağı kəndində səyyari qəbul keçiriləcəkdir

07 oktyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 08.10.2019-cu il tarixində saat 15:00-da Alıuşağı kəndində sakinlərlə səyyari qəbul keçirəcəkdir.
Qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinləniləcək, Samux Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcəkdir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında çıxış edəcəklər.
QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Samux rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.

Keçidlər