Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda keçiriləcək qəbulda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər

05 oktyabr 2019 | 16:00

Qəbul 2019-cu il 11 oktyabr saat 11.00-da Samux rayon H.Əliyev Mərkəzində (Samux şəhəri, H.Əliyev prospekti, 165) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə Regional Bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı, İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (022-256-50-67) xahiş olunur.
Bundan əlavə, qəbula gəlmək istəyənlər oktyabrın 10-dək (şənbə və bazar günləri istisna olmaqla, saat 10.00-dan 17.00-dək) Samux, Göygöl, Daşkəsən, Gədəbəy rayon Rayon Təhsil Şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Keçidlər