Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi

04 oktyabr 2019 | 16:00

4 oktyabr 2019-cu il tarixdə YAP Samux rayon təşkilatının akt zalında “Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi. Öncə tədbir iştirakçıları Ulu Öndərin rayonun Heydər Parkında ucaldılmış abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycanın Dövlət Himni səsləndirilməklə başlanıldı.
Sonra Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbiri giriş sözü ilə açaraq müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib. Alı Qocayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Samux rayonunda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Tədbirdə Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək cari təhsil ilində 2 nəfər 600-dən yuxarı bal toplamış, 21 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Qeyd edildi ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların sayı 171 nəfərə çatmışdır.
Tədbirdə çıxış edən müəllimlərdən Bağırzadə Ayşən, Qasımova Ülviyyə və Əhmədova Günel təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, göstərilən qayğının nəticəsi olaraq son illər Samuxda 19-dan artıq məktəb tamamilə yenidən qurulub müəllim və şagirdlərin ixtiyarına verilib.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçilərinə Samux rayon İcra Hakimiyəti  və Samux rayon Təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr verilib.

Keçidlər