Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qiyaslı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

21 avqust 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Qiyaslı   kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qiyaslı   kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Mikayıl İsax oğlu yeni yaşayış massivnə içməli su xəttinin çəkilməsini xahiş etdi.
2. Qurbanov Sabutay Hümbət oğlu Tatlı-Qiyaslı yoluna yeni asfalt örtüyü çəkilməsini  xahiş etdi.
  3. Əliyev Bəhruz Bəhrəm oğlu Qiyaslı kəndində 50 ha ərazidə yeni 1 (bir) ədəd subartezian quyusunun qazılmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər