Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 2360 şagird yerlik üç məktəb binası tikiləcək

09 avqust 2019 | 16:00

Prezident İlham Əliyevin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən bu il Samux rayonunda 2360 şagird yerlik üç məktəb binasının tikintisinə başlanılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinci məktəb binası 960 şagird yerlik olmaqla rayonun İnstitut qəsəbəsində inşa olunacaq. İkinci məktəb binası 800 şagird yerlik olmaqla, Sərkar kənd tam orta məktəbi üçün tikiləcək. Üçüncü məktəb binası isə Çobanabdallı kənd tam orta məktəbi üçün inşa ediləcək. Bu məktəb binası 600 şagird yerlik olacaq.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər