Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirildi

08 avqust 2019 | 16:00

Samux  Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidməti,Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi Orxan Mürsəlov,rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 5 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan  1  nəfər torpaq  ilə bağlı, 2 nəfər suvarma suyu ilə ilə bağlı, 1 nəfər yaşayış evi tikilməsi ilə bağlı   və  1 nəfəri isə sənədləşmə  ilə bağlı müraciət  etmişdir.
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir

Keçidlər