Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 56 subartezian quyusu istifadəyə verilib

08 avqust 2019 | 16:00

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Samux rayonunda 66 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub.
Bu vaxta qədər subartezianlardan 56-sı istifadəyə verilib. Digər 10 subartezian quyusundan 8-i qazılıb, 2-nin qazılması isə başa çatmaq üzrədir.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər