Şriftin ölçüsü :

Saytın rəngi :

Samux sakinlərinin nəzərinə

07 avqust 2019 | 16:00

Regionlarda kütləvi sayğac dəyişikliyi ilə əlaqədar olaraq göstərilən xidmətin operativliyini artırmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin müvafiq şöbələrinin rəhbər heyəti, eləcə də mühəndislər Gəncə şəhərinə ezam olunublar. Araşdırma zamanı məlum olub ki, Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində Birliyin 21 xidmətindən ətraf rayonlar da daxil olmaqla (xüsusilə Göygöl və Samux) gündəlik olaraq artıq 200 nəfər yararlanır. Bununla da Gəncə “ASAN Xidmət” mərkəzinə müraciətlərin sayının artacağı gözlənilir. Dərhal operativ tədbirlər görülüb, beləliklə, Gəncə və Samux sakinlərinin yeni smart tipli sayğacların kartlarını daha rahat şəkildə alması üçün sabahdan etibarən Gəncəyə gəlməsinə ehtiyac qalmayacaq. Onlara lazımı xidmətlər Gəncə Regional Qaz İstismarı İdarəsinin həmin rayonlarda yerləşən xidmət sahələrində göstəriləcək. “Azəriqaz” İB Göygöl və Samux rayonlarının hər birində gündəlik 35 yeni smart tipli sayğac quraşdırmağı planlaşdırıb. Lakin ilkin monitorinqlər gün ərzində hər rayondan 50 müraciətin daxil olacağını göstərir. Ona görə də əlavə işçi qüvvələri hazır vəziyyətə gətirilib.

Keçidlər