Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyinə və Samux Kikboksinq Klubunun yaradılmasına həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi təşkil olundu.

06 avqust 2019 | 16:00

Samuxda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyinə, Samux Kikboksinq Klubunun yaradılmasına, dəfələrlə Azərbaycan birinciliyinin qalibi, dünya mükafatçısı Emin Bayramovun, 3 qat dünya çemoionu, dəfələrlə Azərbaycan birinciliyinin qalibi Elnur Əliyevin və 4 qat Azərbaycan birinciliyinin qalibi Səbuhi Mədətovun əziz xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi təşkil olundu.04-05 avqust 2019-cu il tarixdə Samux şəhər Heydər Əliyev adına istirahət parkında təşkil olunmuş açıq birincilikdə Samux rayonuyla yanaşı Gəncə şəhəri , Mingəçevir şəhəri , Şəmkir rayonu, Bərdə rayonu, Kəlbəcər rayonu, Ağcabədi rayonu, Tərtər rayonu, Goranboy rayonu, Göygöl rayonu, Ağstafa rayonu, Saatlı rayon idmançıları öz güclərini sınadı. Açılış mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova və digər qonaqlar iştirak etdi. Dövlət Himninin səslənməsi ilə başlayan açılışda çıxış edən Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev bütün qonaqları salamladı. Rayonda keçirilən idman tədbirlərindən və gənclər siyasətindən söhbət açdı və qeyd etdi ki, bu birincilik ənənəvi olaraq hər il keçirilir. Daha sonra Samux Kikboksinq Kulubunun rəhbəri Elnur Salamov klubun fəaliyyəti, yarışın qaydaları haqqında iştirakçıları məlumatlandırdı. Rayon icra hakimiyyəti başçısı Alı Qocayev çıxış edərək idmançılara uğurlar arzulayaraq qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə və idmançılara böyük ümidlər bəsləyir, inanır və gənclərin fəaliyyəti üçün münbit şərait yaradır. Ölkənin gələcəyinin daha da çiçəklənməsi üçün gənclərimiz cənab Prezidentin ətrafında daha da sıx birləşməlidir ! Sonda idmançılara uğurlar arzuladı. Yarış qalibləri mükafatlandırıldı.

Keçidlər