Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə görülmüş işlərə dair hesabat yığıncağı keçirildi.

05 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gələcəyə hesablanmış  sosial-iqtisadi inkişaf strategiyasının  nəticəsidir ki,  ölkəmiz beynəlxalq maliyyə qrumlarının hesabatlarında 10 ən islahatçı ölkə  sırasında  yer tutmuş və  biznes mühütünün yaxşılaşdırılması fonunda yüksək  rəqabətqabiliyyətli  iqtisadiyyata malik ölkə kimi tanınmışdır.    Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Azərbaycan Prezidenti cənab  İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bütün bunlar barədə ətraflı danışılmışdır. Dövlətimizin başçısı çıxışlarında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin gerçəkləşdirildiyini, ölkəmizn inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını bildirərək, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun özünü rəqəmlərdə də əks etdirdiyini diqqətə çatdırmışdır.
Cari  ilin altı ayında  ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır.  Ən yüksək  göstərici isə qeyri-neft sənayesində olmuşdur. Burada artım 15,7 faizdir.  Bu, onu göstərir ki, son illərdə  aparılan sənayeləşmə siyasəti gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.  Bu sahədə bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür.  Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyük olmuşdur.  Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılmışdır.
Dövlətimizin başçısı nitqində aqrar sektorda rekord göstəricilər əldə edildiyini vurğulayaraq, kənd təsərrüfatının bu ilin altı ayında xüsusilə bitkiçilik hesabına 13 faiz artdığını, bunun isə qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar və kənd təsərrüfatına elmi yanaşma sayəsində şərtləndiyini xatırlatmışdır.  Eyni zamanda, gələcək illərdə kənd təsərrüfatının dayanıqlı şəkildə inkişaf edəcəyinə və bunun həm məşğulluğun, həm də kənd təsərrüfatı ixracının artmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir. Hesabat dövründə ticarət dövriyyəsinin 20 faizdən çox, qeyri-neft ixracının 15 faiz, əhalinin gəlirlərinin 6,6 faiz artmış, iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu investisiyanın böyük bir hissəsi qeyri-neft sektoruna yönəldilmiş, inflyasiya cəmi 2,5 faiz təşkil etmişdir.
Hazırda  Azərbaycanda dövlətin sosial siyasətinin mahiyyəti iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahını yüksəldilməsinə yönəltməkdir.  Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, respublikamızda bu sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.  Ölkə başçısı  tərəfindən təqdim edilən yeni uğurlu sosial paket də Azərbaycan iqtisadi inkişaf modelinin prinsiplərini özündə ehtiva edir.  İlin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir.  Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır.  Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb.  Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır.  Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır. Hesabat dövründə ölkə başçısının təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul edilib.  Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər olub.  Həmin sosial islahat paketi artıq tam şəkildə reallaşdırılıb.  Bununla da həm pensiyaçıların, həm də işləyən vətəndaşların əməkhaqları artırılmışdır.
İkinci sosial paketlə bağlı hazırlıq işləri isə artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.  Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün isə 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcəkdir.  Minimum əmək haqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaqdır.  Müşavirədə müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlərin ümumilikdə 1,3 milyon insanı əhatə etdiyi və bunlardan 300 mindən çoxunun məhz əlilliyi olan şəxsləri, 500 minə qədəri məcburi köçkünü, 100 mindən çox tələbə və gənclər təşkil etdiyi diqqətə çatdırılıb.  Eyni zamanda, respublikada ciddi şəkildə sosial sığorta amnistiyası elan edilməsi, pensiya təyinatının avtomatlaşdırılması, Özünüməşğulluq Proqramının icrası ilə bağlı tədbirlər haqqında ətraflı danışılmışdır. 
Müşavirədə respublikada aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan regionların tarazlı və davamlı inkişafı istiqamətində görülən işlər də geniş şərh edilərək, qeyd edilmişdir ki, artıq bu ilin əvvəlində təsdiqlənən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılıb. Üç Dövlət Proqramı böyük uğurla reallaşdırılıb və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönələn Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. Hazırda dördüncü proqramın icrası da uğurla davam etdirilir, infrastruktur təminatının yaxşılaşması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Bölgələrdə yaradılan 9 sənaye pakı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib. Prezident İlham Əliyevin tapşırığı ilə hesabat dövründə regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də ciddi işlər görülüb. İndiyədək 51 aqroparkın yaradılması ilə bağlı mühüm addımlar atılıb. Artıq iyirmi iki aqropark fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaqdır.
Müşavirədə mövcud köhnə kənd yollarının böyük bir hissəsinin yüksək səviyyəyə təmir olunduğu, meliorasiya sahəsində tədbirlərin geniş miqyas aldığı, məktəb tikintisinin diqqət mərkəzində saxlanıldığı, büdcə daxilolmalarının artığı, eyni zamanda, valyuta ehtiyatlarının rekord həddə– 49 milyard dollar səviyyəsinə qalxdığı, xarici borcun 4 faiz aşağı düşdüyü və təxminən 19 faiz səviyyəsində olduğu vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 29 yanvar tarixli 500 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın icrası ilə bağlı  hazırlanmış  geniş Tədbirlər Planı üzrə işlər davam etdirilmişdir. 2019-cu ilin  altı ayının yekunları ilə bağlı  görülmüş işlərin təhlili göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası, rayonda aparılan  tikinti-quruculuq və  abadlıq işləri cari ilin birinci yarısında da uğurla həyata keçirilmişdir.
2019-cu ilin birinci yarısında  2018-ci ilin sonunda başlanmış işlər tamamilə başa çatdırılmışdır. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda   təmirə ehtiyacı olan 4  çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri  başa çatdırılmışdır.
İlin əvvəlində Yenikənd-Köbər-Qaraağaclı  yolu üzərində bir aşırımlı körpünün tikintisinə başlanmış və  ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddət ərzində başa çatdırılmışdır.
Samux şəhər 2 saylı uşaq bağçası üçün ayrılmış yeni binada yenidənqurma və bərpa işlərinə başlanmış,  hazırda işlər başa çatmaq üzrədir. Eyni zamanda Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının binası qəzalı vəziyyətdə olduğuna görə qəsəbə tam orta məktəbinin köməkçi binasına köçürülmüş və bağçanın binasında yenidənqurma, bərpa işlərinə başlanmışdır.
Samux şəhərinin üzunluğu 670 m olan Şah İsmayıl Xətai və uzunluğu 330 metr olan Şahlar Rüstəmov küçələrində əsaslı təmir işləri aparılaraq, yeni asfalt örtüyü salınmış, Hacı Zeynalabdin Tağıyev küçəsinin yenidənqurulmasına başlanmışdır.
6 ay  ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux - Lək, Samux- İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında cari təmir işləri həyata keçirilmişdir. Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu hissəsinin tikintisi ilə bağlı layihələndirilmə işlərinə  başlanmışdır.
Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasına başlanmışdır.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Agro Azərinvest” MMC , Vest Milk MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Heyvandarlıq və Yemçilik müəssisəsi, “Region Agro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  200-dən çox müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 85,0 hektar təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar və digər məhsullar  yetişdirilir.  Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, birinci yarımildə 167-si daimi olmaqla 575 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 11-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 5 layihə üzrə verdiyi 164,0 min manat güzəştli kreditin hesabınadır. Eyni zamanda ödənişli ictimai işlərə  325 nəfər rayon sakini cəlb edilmişdir.
Bununla bərabər Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar işaxtaran vətəndaşlar arasında özünüməşğulluq proqramının həyata keçirilməsi proqramı  uğurla davam etdirilir. Cari ildə bu proqrama 47 nəfər cəlb edilmiş, müvafiq söhbətlərdən sonra, onlar Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmışdır.Hazırda təlimlər davam etdirilir. 2018-ci ildə təlimlərdə iştirak edib, biznes planları uğurlu hesab edilən vətəndaşlardan 2019-cu ilin 1-ci yarısında    8 nəfəri xidmət sahəsi üzrə əmlakla təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. Nəticədə 2019-cu ilin birinci yarısında  43537,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü (40618,0 min manat) ilə müqayisədə 7,2 faiz yüksəkdir.
2019-ci  ilin  məhsulu  üçün 9623,0  hektar  sahədə taxıl əkilmişdir ki, onun da  5941,0 hektarı  buğda,  3682,0  hektarı  dən  üçün  arpadır. Cari ildə 7254,3 hektar sahədə  yazlıq  bitkilərin  əkini  aparılmışdır.  Onlardan 369,0 hektarı şəkər çuğunduru, 3329,0 hektarı dən üçün günəbaxan,  334,0  hektarı  kartof, 697 hektarı  tərəvəz, 272,0  hektarı bostan, 456 hektarı qarğıdalı və 14 hektarı çəltik  məhsullarıdır.
2019-cu  ilin  01 iyul  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 558 baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  12051 baş təşkil edir. Qoyun və keçilərin  sayı 146286  başdır.
6  ay ərzində 2731 ton diri  çəkidə  ət, 14795  ton süd,  4,9 milyon  ədəd  yumurta  istehsal  olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 66 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 56-sı istifadəyə verilmişdir. Digər 10 subartezian quyusundan 8-i qazılmış, 2-sinin qazılması başa çatmaq üzrədir. Bu subartezian quyuları yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Rayonun Qaraağaclı qəsəbəsində su  nasos stansiyası yenidən qurulmuşdur. Burada əlavə nasos quraşdırılmış, 2 km uzunluğunda 220 mm boru ilə su xətti çəkilmişdir. Bu da əlavə 100 hektar sahənin suvarılmasını təmin edəcəkdir.
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  edilməsi istiqamətində işlər görülmüşdür.  Cari ildə  Sərkar, Ziyadlı,  Çobanabdallı kəndlərinin elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Yarım il ərzində rayonun abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. 65 yeni abonent təbii qazla təmin edilmiş, ümumilikdə 1258 sayğac dəsti yenisi ilə əvəz edilmişdir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 95,4 faizi, təbii qazın dəyərinin 124,5 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən  rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. Cari ildə əsas telefon aparatlarının sayı 33 ədəd artırılaraq, 8536-ya çatdırılmışdır. Yüksəksürətli internet portalının tutumu 64 port artırılmış və aztelekom.net portalının montaj tutumu 4912 porta çatdırılmışdır.  Hazırda rayonda internet xidmətindən 46893  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 635 abunəçinin artmasını göstərir.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin suvarma suyu, elektirik enerjisi, təbii qaz və rabitə  təminatında  müəyyən problemlər hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2019-cu  ilin birinci  yarısında  Samux  rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 264 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 20 ədəd (284 ədəd) və ya 7,6 faiz azdır.  Müraciətlərdən 111-i (102) yerli  sakinlərdən, 153-ü (182) isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Birinci rübdə rayon İcra Hakimiyyətinin başçısı   tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 25 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 73 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuşdur.


2019-cu  ildə qarşımızda  yerinə  yetiriləsi  daha  böyük  vəzifələr  durur. Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısının  proqram  xarakterli cıxışlarında qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik. 
Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  29 yanvar 2019-cu il tarixli Fərmanı  ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında  2019-cu il üçün nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilməlidir.
- Xəstəxana kompleksinin tikintisinə;
-İnstitut qəsəbə tam orta məktəbi üçün 960 şagird yerlik;
- Sərkar kənd tam orta məktəbi üçün 800 şagird yerlik;
- Çobanabdallı kəndində 600 şagird yerlik  yeni məktəb binalarının tikintisinə;
- Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu hissəsinin tikintisinin;
- Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasının başa çatdırılmasına;
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  fərdi evlərin tikilməsinə nail olmalıyıq.
Eyni zamanda qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinin sürətləndirilməsidir.

Keçidlər