Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Kəsəmən kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

02 avqust 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Kəsəmən kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Bağırov Tahir Qasım oğlu  yeni çəkilən Yenikənd-Eldar yolunun başlanğıcında müvafiq yerdə Eldar sözünün yazılmasını xahiş etdi.
  2. Rəhimov Mayıl Kərəm oğlu  Kəsəmən kəndinə qaz xəttinin çəkilməsini xahiş etdi.
  3. Seyidzair İlqar Miryaqub oğlu kənddə internet sürətinin zəif olduğu üçün köməklik  göstərilməsini xahiş etdi    .
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər