Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda üzüm bağlarında fitosanitar monitorinqlər aparılıb

30 iyul 2019 | 16:00

Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Samux rayonunda aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 hektar texniki üzüm bağında monitorinq həyata keçirilib.
Müşahidələr zamanı 24 hektar “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 hektarında salxım yarpaqbükəni zərərvericisinə sirayətlənmə halları aşkar edilib. Salxım yarpaqbükəninin tırtılları üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək məhsulun zədələnməsinə və çürüməsinə səbəb olur. Ərazidə həmin zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bağ fitosanitar mütəxəssislərin nəzarətinə götürülüb.
Bakı, AZƏRTAC

Keçidlər