Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 9,6 min hektar sahədə taxıl biçilib

03 iyul 2019 | 16:00

Bu ilin məhsulu üçün Samux rayonunun təsərrüfatlarında 9 min 617 hektar sahədə taxıl biçini aparılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunun 5 min 941 hektarı buğda, 3 min 676 hektarı isə arpadır.
Taxıl biçininin 197,5 hektarı dövlət müəssisələrində, 4 min 287,5 hektarı qeyri-dövlət müəssisələrində, 5 min 132 hektarı isə əhali təsərrüfatlarında aparılıb. Sahələrdən 32 min 41,5 ton taxıl istehsal olunub ki, bunun da 19 min 343 tonu buğda, 12 min 698,5 tonu isə arpadır. Məhsuldarlıq hər hektardan 33,3 sentner təşkil edib.
Hazırda təsərrüfatlarda taxıl biçini davam edir.
Samux, 3 iyul, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər