Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş futbol idman növü üzrə “Samux Kuboku” yarışının qalibi bəlli oldu.

18 iyun 2019 | 16:00

18 iyun 2019-cu il tarixində, Ağasıbəyli kənd stadionunda Samuxlu Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş futbol idman növü üzrə “Samux Kuboku”  yarışının final mərhələsi təşkil olundu. Final mərhələsində Ağasıbəyli və Qarayeri bələdiyyə komandaları qarşılaşdı. Ağasıbəyli komandası rəqibini 3 : 2 hesabı ilə məğlub edərək  Kubokun sahibi oldu. Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev qələbə münasibətilə yarışın qalibi Ağasıbəyli komandasını və 2-ci yeri tutan Qarayeri komandasını təbrik etdi. Yarış  haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə və tamaşaçılara geniş məlumat verərək qeyd etdi ki, Samuxlu Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında futbol idman növü üzrə Samux Kuboku yarışı hər il ənənəvi olaraq təşkil olunur. Yarışın  təşkil olunmasında məqsəd Eltun   İsgəndərovun   əziz  xatirəsini əbədiləşdirmək, keçdiyi şərəfli həyat yolu haqqında gəncləri məlumatlandırmaq,  azərbaycançılıq ideyalarını təbliğ etmək, eyni zamanda azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,  idmanın kütləviliyini  artırmaq , futbol idman növünə marağın daha da artırılması və gənclər arasında  təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili , sağlam həyat tərzinin təbliğidir. Yarış rayon idmansevərləri tərəfindən böyük maraqla qarşılanır və əsl idman bayramıdır desək yanılmarıq. Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib. Yarışın final oyununun bu gün 18 iyunda təşkil olunması təsadüfi deyil. Milli Qəhrəmanımız 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib. 2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb. Yarış 28 may 2019-cu il tarixində start götürüb və oyunu  şəffaflığın,  obyektivliyin təmin olunması üçün AFFA-nın Gəncə regional nümayəndəliyindən dəvət olunmuş hakimlər briqadası idarə edirlər.  Yarışda 7      komanda : Samux şəhəri , Qarayeri  , Ağasıbəyli , Alıuşağı, Ziyadlı,  İnstitut və   Qarabağlar bələdiyyə komandaları iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qələbə münasibətilə yarışın qalibi Ağasıbəyli komandasını və 2-ci yeri tutan Qarayeri komandasını təbrik edərək hər iki komanda oyunçularının gözəl oyun nümayiş etdirdiyini, yarışın tamaşaçılar tərəfindən də maraqla qarşılandığını qeyd etdi. Daha sonra cənab Alı Qocayev tərəfindən  kubok, diplom  və medallar  yarış qalibi Ağasıbəyli komandasına təqdim olundu. Eyni zamanda Qarayeri komandası 2-ci yeri tuttuğuna görə medallar və diplomla təltif olundular.
Qalib komandaları təbrik edirik!

Keçidlər