Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda heyvanların peyvəndlənməsi başa çatmaq üzrədir

07 iyun 2019 | 16:00

Samux rayonu üzrə baytarlıq idarəsinin nəzarəti altında olan heyvanlardan iri buynuzlular və tək dırnaqlılar arasında “Qara yara” xəstəliyinə qarşı peyvəndləmə işləri artıq başa catıb, 155min xırda buynuzlular arasında isə hələlik proses davam edir və artıq 87 min baş heyvan peyvəndlənib.

163592 ədəd Ev quşları arasında “NyuKasl” xəstəliyinə qarşı görülən tədbirlərin yaxın günlərdə bitəcəyi nəzərdə tutulub.plana uyğun olaraqda iri buynuzlular arasında “Dabağ” xəstəliyinə qarşı peyvəndləmə başa catıb, “Nodulyar dermativ” virisu və  “Bürsulyoz”a  qarşı görülən tədbirlər hələlik davam edir.

Samux rayon baytarlıq idarəsinin rəisi Elxan Rüstəmov bildirib ki, qurum tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadı olaraq, müvafiq tədbirlər həyata keçirilir

Odur ki, Samux rayonu üzrə hələlik hər hansı yoluxucu xəstəlik faktı qeydə alınmayıb və epizotik durum tam sabitdir.

Keçidlər