Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan Respublikasının Milli qəhrəmanı Eltun İsgəndərovun əziz xatirəsinə həsr edilmiş futbol idman növü üzrə bələdiyyə komandaları arasında “Samux kuboku” üzrə seçim turuna start verildi.

17 may 2019 | 16:00

Bu gün Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Gənclər və İdman İdarəsi ilə birgə Azərbaycan Respublikasının Milli qəhrəmanı samuxlu şəhid Eltun İsgəndərovun əziz xatirəsinə həsr edilmiş futbol idman növü üzrə bələdiyyə komandaları arasında “Samux kuboku” üzrə seçim turuna start verildi. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin təmsilçisi Rasim İmamquliyev baş tutan tədbirlə əlaqədar iştirakçıları salamladı. Sözü Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovaya verdi. Nuranə Həsənova öz çıxışında bildirdi ki, qəhrəmanlar diyarı olan Azərbaycanımızın Sərhəd qoşunlarının XXI-yüzillikdə ilk milli qəhrəmanı sayılan samuxlu şəhid Eltun İsgəndərovun adına bu cür tədbirlərin təşkil edilməsi və onun gənclər arasında təbliği təqdirə layiq addımlardan birisidir. N. Həsənova çıxışının sonunda Samux rayon Gənclər və İdman İdarəsinə bu cür nümunəvi addımlarına görə minnətdarlığını bildirdi və hər bir komandaya uğurlar arzuladı.

Keçidlər