Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Laçınım mənim” adlı tədbir təşkil edildi.

16 may 2019 | 16:00

16.05.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində Laçın rayonunun işğal tarixi ilə əlaqədar “Laçınım mənim” adlı tədbir təşkil edildi. Tədbiri açıq elan edən samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova Azərbaycanın dilbər guşələrindən olan və Qarabağ üçün xüsusi strateji mövqeyə malik Laçın rayonundan bəhs etdi. O çıxışında vurğuladı ki, 1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət sahəsi və s. dağıdılmışdır. Çıxışı davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova da çıxışını Laçın rayonunun işğalından oraada məhv edilən əhəmiyyətli tarixi abidələrimizdən geniş bəhs etdi. Laçının tarixi abidələri və işğalı ilə bağlı sənədli qısa film izlənildi. Filmdən sonra məktəblilər könüllülük əsasında kürsüyə dəvət edildi və hər bir məktəbli işğal altında olan laçın haqqında bildikləri tarixi məlumatları və ən əsası ən qısa zamanda dalğalanan Azərbaycan bayrağı haqqında düşüncələrini palyaşdılar.
Sonda Mərkəzin direktoru Nuranə Həsənova artıq Qafqazın ən güclü ordusu sayılan Azərbaycan ordusunun tez zamanda işğalda olan torpaqlarımızı azad edəcəyinə əmin olduğunu və ən qısa zamanda Laçını buradan sənədli filmdən deyil o torpaqlara əlimizdə üç rəngli üzəri ay ulduzlu müqəddəs bayrağımızla gəzəcəyimizi, Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq! sözləri ilə bitirdi. Tədbir “Qarabağ bizimdir bizim olacaq!!! ” şüarı ilə tamamlandı.

Keçidlər