Şriftin ölçüsü :

Saytın rəngi :

Samux komandası "Şahin" hərbi-idman oyununun zona mərhələsində uğurla çıxış edərək 2-ci yerə layiq görüldü.

17 aprel 2019 | 16:00

16 aprel 2019-cu il tarixdə  Mingəçevir şəhərində təşkil edilmiş, 2018-2019-cu tədris ilində orta məktəblərin VIII və X sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyununun zona birinciliyində Samux  komandası  uğurla çıxış edərək  11 komanda arasında  2-ci yerə layiq görülərək Azərbaycan Respublikası gənclər və idman nazirliyi tərəfindən fəxri fərmanla təltif olundu. Samux rayon komandası 2-ci yerə layiq görülməklə Bakı şəhərində təşkil olunacaq final mərhələsində çıxış etmək hüququ əldə etdi. Komandamızı təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.

Keçidlər