Şriftin ölçüsü :

Saytın rəngi :

ADAU SAMUXDA NÖVBƏTİ DƏFƏ TƏLİM KEÇİB

16 aprel 2019 | 16:00

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin "Maliyyə və iqtisadi nəzəriyyə" və "Aqrar sahənin iqtisadiyyatı" kafedrasının bir qrup professor-müəllim heyətinin iştirakı ilə təlim təşkil edilib. Təlim Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutub. Təlim zamanı torpaq mülkiyyətçilərinə "Aqrar sahədə sığorta fəaliyyətinin təkmilləşdirilməsi mexanizmi” mövzusunda zəruri məlumatlar verilib.
Təlimin sonunda geniş fikir mübadiləsi aparılıb və sığorta, bitki mühafizəsi, heyvandarlıq üzrə təlimə cəlb edilən əməkdaşlar tərəfindən iştirakçılar üçün maraq doğuran suallar cavablandırılıb.

Keçidlər