Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi komissiyanın ilk iclası keçirildi.

12 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhər və rayonlarda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işin təşkilində neqativ hallara yol verilməməsi ilə bağlı olaraq Samux Rayon İcra Hakmiyyətinin başçısı cənab Alı Qocayevin 10.04.2019-cu il tarixli 39 saylı Sərəncamı ilə xüsusi komisiya yaradılmışdır.
Komissiyanın sədri Samux Rayon İcra Hakmiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək bildirdi ki, haqqı ödənilən ictimai işlərin təşkil edildiyi qrumlarda işlərin təşkilinin təftişini təmin etməklə, işçilərin adlarına açılmış əmək haqlarının ödəniş kartlarından kənar adamların istifadəsinə yol verilməməsi üçün işə götürənlərlə fərdi izahat işinin aparılması  təmin edilməlidir.

Keçidlər