Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda futbol üzrə coca-cola məktəbli kubokunun 1-ci yarımqrup mərhəlsinin oyunları təşkil olundu.

10 aprel 2019 | 16:00

10 aprel 2019-cu il tarixində Samux şəhər 02 saylı tam orta məktəbin stadionunda Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və AFFA-nın Gəncə regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə   futbol üzrə coca-cola məktəbli kubokunun 1-ci yarımqrup mərhəlsinin oyunları təşkil olundu. Yarışı AFFA-nın Gəncə regional nümayəndəliyinin hakimi Taleh Mənmədov idarə etdi. Yarışı təşkil etməkdə məqsəd futbol idman növünün inkişaf etdirilməsi, idmanın kütləviliyin artırılmasıdır. Yarışda 7-ci sinif şagirdləri iştirak edir. 1-ci yarımqrup mərhələsində 14 komanda mübarizə apardı. Yarış hakiminin yekun protokoluna əsasən : Çobanabdallı-Alıuşağı 6:3, Qovlarsarı-Seyidlər 4:1, İnstitut-Yuxarı Ağasıbəyli 4:1, Qarayeri 1 saylı-Sərkar 2:0, Samux 3 saylı-Alabaşlı 3:0, Lək-Qarayeri 2 saylı 5:0, Samux 2 saylı-Samux 1 saylı 2:0 hesabı ilə sona çatdı. Qələbə qazanan komandalar : Çobanabdallı, Qovlarsarı, İnstitut, Qarayeri qəsəbə 1 saylı , Samux şəhər 3 saylı, Lək və Samux şəhər 2 saylı məktəb komandaları növbəti mərhələdə iştirak etmək hüququ qazandı.

Keçidlər