Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

12 mart 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Alıuşağı    kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  Mürvət Bağırov     kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseyinova Aygün Sabir qızı Alıuşağı kəndi ərazisində yeni müasir üslubda tibb məntəqəsinin inşa edilməsinə köməklik göstərilməsini xahiş etdi.
  2. Əhmədova Nərgiz Qurban qızı  Alıuşağı kəndidə yeni uşaq baxcasının tikilməsini təklif etdi.
  3. Kərimov Natiq Namiq oğlu  isə Alıuşağı kənd ərazisində içməi su üçün nəzərdə tutulmuş subartezian quyusunun təmir edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər