Şriftin ölçüsü :

Saytın rəngi :

Samux komandası ölkə birinciliyindən qələbə ilə qayıtdılar.

21 fevral 2019 | 16:00

Samux komandası ölkə birinciliyindən qələbə ilə  qayıtdılar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019-cu il üçün vahid idman təqvim planına əsasən, 14-17 fevral 2019-cu il tarixlərdə Bakı şəhəri Şağan Olimpiya İdman Kompleksində keçiriləcək kikboksinq üzrə yeniyetmələr və gənclər arasında ölkə birinciliyi təşkil olundu. Yarışda rayonumuzu Samux Kikboksinq İdman Klubu təmsil etdi. Samux idmançılarından Şükürov Yusif 1-ci yer, Nəsibov Röyal , Hüseynov Rauf 2-ci yer, Rzazadə Aqşin, Əhmədxanov Əsgər və Vəliyev Ülfət isə 3-cü yerə layiq görüldülər. Bu qələbə münasibəti ilə idmançılarımızı təbrik edirik.

Keçidlər