Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

19 fevral 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Yuxarı Ağasıbəyli  kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Rüstəmov Teyyub İsbi oğlu elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz edilməsini   xahiş etdi.
  2. İsmayılova Reyhan Təvəhkül qızı Ağasıbəyli kəndində yeni uşaq baxçasının tikilməsini təklif etdi.
  3. Verdiyev Saməddin Bayram oğlu əkin sahələrini suvarılması üçün yeni  bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər