Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İHB-nın Sərkar kənd İƏD-si üzrə nümayəndəliyinin 2018 –ci ildə gördüyü işlər və 2019 –cu ildə qarşıda duran vəzifələr haqqında hesabatı keçirildi.

25 yanvar 2019 | 16:00

Artıq  2018- ci il arxada qaldı. Ötən ildə d Respublikamızda  bir çox yadda qalan  tarixi hadisələr oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2018-ci ili  “ Azərbaycan Xalq Cümhuriyyəti  Ili” elan etmişdir.Ötən il  AXC-ni 100 iliyini ölkəmizdə  yüksək səviyyədə qeyd edildi.     
           2018- ci ildə əvvəlki illər kimi respublikamızda və  rayonumuzda  qazanılan  nailiyyətləri unutmaq olmaz. Ölkə rəhbəri 2003-cü  ildən başlayaraq bu günə kimi  ulu  öndər Heydər  Əliyev kursunu  davam etdirərək respublikamızın  sosial – iqtisadi  həyatında mühüm rol oynayan sənədlər,o, cümlədən  şəhər, rayon, qəsəbə və kəndlərin  inkişafını   özündə əks  etdirən “Azərbaycan Respublkasının  2014- 2018 –ci illər, sosial – iqtisadi  inkişafının sürətləndirilməsi  haqqında”  Dövlət  proqramını ölkəmizdə  yüksək surətdə  həyata  keçirildi . 
         Bu  proqramın  həyata  keçirilməsi,   yerli      icra     hakimiyyəti orqanlarında  səmərəli  və geniş  iş  metodlarından  istifadə etməyinə  böyük kömək olmuşdur.  Dövlət   başçısının , verdiyi     bu     fərmanından      sonra       respublikamızın     hər  yerində  bu qərardan irəli gələn  vəzifələrin  yerinə   yetirilməsi , 
əhalinin rifah halının yaxşılaşması cəmiyyətin mənəvi  saflaşmasının təmin olunması , bütövlükdə       ölkəmizin  iqtisadi   qüdrətinin  artması, artan  əmək  haqqları,   pensiyalar ,    sosial məsələlərin  həlli,  məktəblərin , tibb ocaqlarının ,  idman     bazalarının  yaradılması ,  şəhər, rayon , kənd    və    qəsəbələrin  abadlaşdırılmasında  özünü tam göstərmişdir.
       Bu  gün ölkəmiz , dövlət rəhbərinin ayıqlığı, siyasəti, mətinliyi və  savadlığı  sayəsində dünya  arenasında, hər  sahədə  inkişaf etməsi , ölkədə sakitliyi, əmin amanlığı ,əhalinin dinc yaşaması hər bir ölkəyə örnək olmuşdur.
        Yuxarıda  qeyd   etdiklərim inkişafı  rayonumuzda , eləcədə   onun     iri    kəndlərindən    biri     olan  Sərkar kəndinin    simasında  da   aydın    görmək olar.
        Hesabat   ilində  Sərkar kənd  İnzibati Ərazi  Dairəsi  üzrə  nümayəndəsi, kənd bələdiyyəsi ilə birgə    kəndimizdə,  tikinti ,    abadlıq   və  təmizlik   işləri  görmüşdür.
       Sərkar kəndi, ərazisinin      böyüklüyünə  və    əhalisinin   sayına       görə   rayonumuzun  ən    iri  kəndlərindən  biridir.    Kənd,  rayon   mərkəzindən   5  km.   aralıda yerləşir.
       Ərazisi  1862  ha , əhalisi  5496  nəfərdir.       Kənddə   1118     təsərrüfat  mövcuddur    ki, bununda   965  - də    şəxsi   yaşayış      evi     vardır. Nümayəndəliyin     qeydiyyatında  olan   214  nəfər     kənd     sakinləri,     respublikamızda   və      ondan         kənarda  yaşayırlar.    Eyni   zamanda    168  nəfərə        qədər    vətəndaş     respublikamızın      müxtəlif    yerlərində  qeydiyyatda  olsalarda , kəndin ərazisində yaşayırlar. Kənddə 44 məcburi köçkün ailəsi yaşayır.
           Kəndimizdə   93   nəfər     müəllimi    və  757  nəfər  şagirdin    təhsil  aldığı , 28  nəfər      texniki  işçinin  çalışdığı   bir  tam orta  məktəb, 300  nəfərlik   mədəniyyət  evi , 1     kitabxana ,  2    qrupdan   ibarət   uşaq     bağçası,    1     tibb  məntəqəsi ,    1 uşaq    musiqi     məktəbi ,   1   poçt     filalı ,    1 elektron  ATS,    1 mineral   su    istehsal  edən   sex,  quşçuluq  fabrikası,  800   tonluq  soyuducu  anbar və eyni zamanda dövlət  dəstəyi tərəfindən  Çin avadanlığı gətirilərək  kişmiş qurutma sexi qurulur, 28 nəfəri özündə   birləşdirən  14  ticarət  obyektləri  və 1 dəri sexi fəaliyyət    göstərir.     225 - dan artıq  kənd  əhalisi, kəndin  ərazisindən  kənarda    müxtəlif  təsərrüfatlarda çalışırlar.Kənddə  767 nəfər  pensiya     alır    ki, onlardan da  28 nəfər - 1 qrup , 248  nəfər - 2 qrup    əlilliyə  görə, 21 nəfər- III qrup , qalanları isə  sosial  yardım və  qocalığa  görə  pensiya  alanlardır. Kəndimizdən     7 nəfər - Qarabağ  torpağı    uğrunda, 1 nəfər  Aprel döyüşlərində , 1   nəfər -  Əfqanıstan    döyüşlərində  şəhid  olmuşdur. 4  nəfər-    Qarabağ  əlili  vardır.
                Kəndin  mərkəzində   yerləşən    mədəniyyət   evinin    həyətində    kənd  bələdiyyəsi   tərəfindən   salınan   mini  park  kənd      əhalisinə    xidmət    edir
              Möhtərəm prezidentimiz   təhsilə, mədəniyyətə səhiyyəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hesabat ilində məktəbimizin    44    nəfər     məzunundan  19  nəfəri  ayrı – ayrı  unverisitetlərə qəbul    olmuşdur və     eyni     zamanda    3    nəfər    orta - ixtisas təhsil müəssisələrinə daxil    olmuşdur.Bu şagirdlərdən  8 nəfəri 500-583 bal  toplamışdırki, onlardan ən yüksək bal toplayan – 583 bal toplamışdır.  Məzunlardan  iki nəfər Bağırov Rza Adil oğlu, Cəlilli Aslan Fuad oğlu “Mən Azərbaycanlıyam”   verilişində iştirak etmiş hər  ikisi   finala  çıxmış, Bağırov Rza Adil oğlu  verlişin qalibi  olmuşdur.       
Məktəbimizdə 2 nəfər,Almaz Əsgərova və Məfkurə İsrafilova   əməkdar    müəllim,  1 nəfər  Afət  Rzayeva kimi  qabaqcıl   təhsil  işçisi  çalışır.
      2001-  ci ildən   fəaliyyət   göstərən  Sərkar  kənd     musiqi məktəbində  52 nəfər  peşəkar  müəllim çalışır, 283     nəfər  şagird     musiqi    təhsili   alır. İstedadlı şagirdlərin üzə  çıxarılması üçün məktəbdə mütamadi olaraq şagirdlər arasında siniflər üzrə  müsabiqələr  keçirilir. Hesabat ilində  məktəbin   şagirdlərinin iştirakı ilə  Tofiq Quliyevin  100 illik yubleyinə həsr edilmiş  Samux rayon Heydər Əliyev Mərkəzində yubley gecəsi keçirilmişdir. Bakı şəhərində isə  Qara Qarayevin  100 illik yubleyinə  həsr edilmiş “ Təhlil və ifa edir gənc  musiqiçilər “ adlı müsabiqədə məktəbin IV sinif şagirdi Quliyeva Nurlana  iştirak edərək həvəsləndirici  diploma  layiq  görülmüşdür. Bayramova Rəfayət Yasin qızı “Gənc kamança  ifaçılarının II Respublika  müsabiqəsi”ndə çıxış etmiş və fəxri fərman  almışdır.  Hesabat ilində  məktəbin 45 nəfər məzunundan  9 nəfəri Gəncə musiqi Kollecinə, 1 nəfər Məmmədov Cəmil Musa oğlu rayon icra  başçısının  dəstəyi ilə  Azərbaycan Milli Konservatoriyasına    qəbul olmuşdur.Hesabat ilində rayonda  keçirilən bütün tədbirlərdə məktəbin kollektivi  yaxından və  fəal iştirak etmişdir.
  Sərkar kənd tam orta məktəbinin  idman zalında  50 nəfər uşaq,  sərbəst güləş növü üzrə məşğul olurlar. Onlardan  20 nəfər uşaq və  gənc Sərkar kənd sakinləridir.
    Hesabat ilində Samux rayon Sərkar kəndində sərbəst güləşçilərimizin  də nailiyyətləri olmuşdur.Belə ki rayonumuzda keçirilən 2 mötəbər  turnirdə 1 yerin qalibi olmuşlar.Bir sıra rayon və  şəhər turnirlərində  yüksək nailiyyətlər qazanmışlar.
         Hesabat  ilində Azərbaycan futbol federasiyasının bayrağı altında  hər il keçirilən uşaq və gənclər arasında  futbol turnirində 2 yaş qrupu iştirak etmişdir.Yarış əsnasında Y-10 liqasının  uşaqları mərhələ  keçib 6 klub arasına düşmüşdür.Yarış əsnasında  uşaqlar  12 xal toplamışdır.Onu da qeyd etmək istıyirəm ki, 11liqasının uşaqları 12klub arasında  6 –cı  yerlə kifayətlənmişdir.Klubun 5 üzvü  Qafqaz futbol klubunda  müqavilə əsasında  oynamışdır. 
            Yekunda  mən   deməliyəm     ki , həm  orta  məktəbimiz, həm də   müsiqi məktəbi  ötən il    qənaətbəxş   göstəricilər əldə  etmişdir.
          Kənddə    fəaliyyət     göstərən      mədəniyyət      evində      tez- tez  tədbirlər  keçirilir.Bununla yanaşı kollektiv , Yenikənd  N hərbi hissələrə sovqat  apararaq konsert proqramları ilə çıxış etmişlər. İyunun   26 –da  Silahlı Qüvvəlimizin yaranması günü münasibətilə  Burunqovaq kəndində  N saylı  hərbi  hissədə sovqat apararaq , konsert proqramları ilə çıxışlar etmişlər. Hesabat ilində rayonda  keçirilən bütün tədbirlərdə mədəniyyət evinin kollektivi də  fəal iştirak etmişdir.
Kənddə  yerləşən  həkim  məntəqəsi  kənd  əhalisinə  xidmət  edir. 2 qruplu  uşaq bağçasında  35 nəfər  uşaq    təlim - tərbiyə  alır. 1  elektron  ATS  905 nəfər  abonentə   yüksək  dərəcədə  xidmət  edir.
     Bildiyimiz  kimi,  kəndin  əhalisinin  əsas məşğuliyyəti heyvandarlıq  və  əkinçilikdir.  Kəndi  əhatə   edən  1862   ha     torpaq       sahəsinin  1423  ha   xüsusi  mülkiyyətdə  ,  439 ha  bələdiyyə  torpağıdır.
           Hesabat  ilində Dövlət Statistika Komitəsinin müvafiq  qərarı  ilə  təsərrüfatbaşına  kitabların elektron qaydada, onlayınla işlənib başa çatdırılmışdır. 2019-cu ilə əhalinin siyahıya alınması üçün hazırlıq  işləri  aparılmış , təbliğat , təşviqat  işləri  işlənib  hazırlanmışdır.
              Kənd sakinləri  hesabat ilində  ölkəmizin iqtisadiyyatı üçün vacib olan 410 ha taxıl  sahəsindən 1361 ton taxıl (33.sent)   91 ton qarğıdalı, 336 ton günəbaxan toplanmışdır (29-30sent). Hesabat ilində  kəndimizdə  90 ha  şəkər  çuğunduru əkilmişdir ki, cəmi 2625.ton məhsul toplanmışdır. O,  cümlədən ərazidə  5 ha yaxın  istixana  vardır .Kənddə  əhali    heyvandarlıq  sahəsinə   də  ciddi     diqqət  yetirir.   Belə ki, 2018 – ci  ildə   əhalidə  785  baş   iri buynuzlu , 9875  baş  xırdabuynuzlu   mal –qara     qeydə   alınmışdır. Keçən ilə nisbətən bu ildə əhalidə 906 baş iri buynuzlu,10075 baş xırda buynuzlu mal qara qeydə alınmışdır.   Hesabat ilində     Nümayəndəlik   və     kənd     bələdiyyəsi    tərəfindən   ərazidə  yaşayan  Böyük   vətən   müharibəsi  və  Qarabağ əlillərinə ,  şəhid  ailələrinə, tək və  imkansız  yaşayan  ailələrə  daimi  diqqət və  qayğı  göstərilmiş ,  icra nümayəndəliyi tərəfindən 63 nəfərə və kənd bələdiyyəsi  tərəfindən 100  nəfərə    qurban  payı  və  bayram  sovqatı  göndərilmişdir. İmkansız ailələrin  üzvülərinə      dəfn    günü  ,  yas     mərasimlərinə   maddi və  mənəvi  köməklik  göstərilmişdir.
        Kənd  əhalisinin    ən   yaralı  sahəsi  olan əkin sahələrinin     yay  aylarında  suvarılmasında  yaranan  çətinliklərdir. Hesabat     ilində , 2 artezian vurulub.Bu yaxınlarda  istifadəyə veriləcək.2 küçəyə Qeyri Hökumət Təşkilatının dəstəyi  tərəfindən  içməli su quyusu istifadəyə verilməkdədir. Bu il ölkə prezidenti cənab İlham Əliyevin   dəstəyi ilə  rayonumuza  ayrılan   subartezan quyularından,  rayon  İcra Hakimiyyəti başçısı  cənab Alı Qocayevin  köməkliyi ilə   kəndin ehtiyacı olan sahələrinə  yenidən  2 quyunun qazılmasının  tapşırığı  verilmişdir.
      Bundan  əlavə,  hesabat  ilində, kənd təsərrüfatı məhsulları istehsalçılarının      əkin        sahələrinin    və      çoxillik       əkmələrin  becərilməsində istifadə  etdiyi , yanacaq və  motor  yağlarına       görə  549  nəfər   istehsalçıya   54443    manat     güzəşt     olmuşdur. Təkrar  əkin üçün  isə  3585 manat  güzəşt  olunmuşdur.   
          Azərbaycan  Respublikası  Prezidenti  cənab İ. Əliyevin  “Sosial - iqtisadi     inkişafın     sürətləndirilməsi “      haqqında  fərmanın  7-ci       bəndinə        əsasən    dövlət      rəhbərliyinin    gündəlik    nəzarətində      olan    əhalinin      yerlərdə   ərizə  və  şikayətlərinə     baxılması    və   onların   problemlərinin   həlli  sayəsində ,   rayon   icra  hakimiyyətinin     başçısı    cənab   Alı  Qocayev   il  ərzində 2  dəfə      Sərkar     kəndində     əhali    ilə     görüş  keçirmişdir.  Məlumat  üçün  deməliyəm  ki, cənab  Alı  Qocayev  əhali ilə görüşlərdə onların təklif və  şikayətlərinə diqqətlə yanaşmış və yerində həllinə tapşırıqlar  vermişdir.

Hesabat ili ərzində  22 nəfər yuxarı təşkilatlara,  18 nəfər rayon icra Hakimiyyətinə  yazılı ərizə  ilə müraciət edilmişdir.
Hesabat ilində nümayəndəliyə  19  yazılı  ərizə və şikayət,  116 şifahi qəbul ,97 məktub daxil olmuş, 134 yuxarı təşkilatlara  məktub göndərilmiş ,15 əmr verilmişdir.
        Il  ərzində  55 nəfər  doğum , 39 nəfər ölüm  qeydə  alınmışdır.   Hal – hazırda  19  nəfər  gənc,  ordu   sıralarındadır.
       Nümayəndəlik  kənd     bələdiyyəsi    ilə   birgə ,rayonda ağacəkmə kampaniyasında fəal iştirak  etmişdir.
     Hazırda  kənddə 1235 qaz,  1308  işıq  abonentləri   vardır.
     Hesabat  ilində   icra  nümayəndəliyinə  və tabeliyindəki  müəssisəyə      dövlət  büdcəsindən , smeta  əsasında    42135    manat  əmək haqqı ,  2390  manat  kommunal  xərc  üçün  vəsait  xərclənmişdir.
       Nümayəndəlik  hesabat     ilində      öz      işini    kənd  bələdiyyəsi  və  ictimayyətlə  birgə  quraraq   bir    sıra  işlər  görmüşdür. Belə ki,  15 ailəyə  içməli su xətti çəkilmişdir.
       İl ərzində  Rayon Telekommunikasiya Qovşağının  rəhbərliyi  və icra  nümayəndəsi ilə birgə  5 nəfərin    telefon xətti  naqillərinin   dəyişdirməsinə  köməklik  olunmuş  və  8  nəfərə yeni  telefon xətti çəkilmişdir. 64 nəfər sakin internetlə təmin olunmuşdur. 
      Hesabat  ilində   9 nəfər ailəyə  qaz  sayğacı  quraşdırılmışdır.
    Hesabat ilində  nümayəndəlik  və bələdiyyə  sədri , kənd    əhalisi  ilə  tez-tez  geniş  görüşlər  keçirmiş və onların  tələbləri dinlənilmişdir.
    Nümayəndəliyin  və     kənd      bələdiyyəsinin  köməkliyi     ilə   hər həftənin  1-ci günü    bir  texnika,  2 nəfər  fəhlə   ayrılaraq , küçələrin və   su  arxlarının  zibilləri  toplanıb yığılır. İl ərzində kənd ərazisinin  küçələrindən 750 ton  zibil daşınmışdır. 
        Nümayəndəlikdə       hər  gün     vətəndaş    qəbul    edilib,  onların   kommunal  tələbləri  dinlənilib, icra  edilmişdir və bu gündə  edilir.
     Hesabat ilində  SOS uşaq kəndinin  köməkliyi ilə  11 ailənin həyətyanı  sahəsində çiyələm şitilləri gətirilib  əkilmişdir.
              Yeni  il  qabağı    rayonda    İHB-nın      təşəbbüsü    ilə    keçirilən yarmarkada  kəndimiz yüksık səviyyədə  fəallıq    göstərmişdir.
       Mən    nümayəndəlik    adından  qeyd    etmək  istərdim   ki,    işlərimizdə    hələ  də   nöqsanlar    vardır. Mən     əminəm ki,     köhnə     ildə    buraxdığımız     nöqsanları   2019 - cu   ildə  təkrar   etməyəcəyik,  yeni      iş  üsulları      ilə   işimizi      kənd  bələdiyyəsi    ilə  birgə   qurub ,     əhaliyə        günün     tələbləri   səviyyəsində  xidmət  edəcəyik.
    Qarşımızda hələ  bir çox işlər durur .Belə ki,3 - cü kənd  icma  investissiya lahiyısi ilə birgə kəndin qalan yollarının təmiri, küçələrdə yeni su  xəttlərinin çəkilməsi ,tibb məntəqəsi və uşaq  bağçasının   təmiri,uşaq bağçasında  istilik  sisteminin yaradılması   və İHB –nin  köməkliyi ilə müasir məktəbin  tikilməsi kimi  mühüm işlər durur.

Keçidlər