Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu Milli Qəhrəman Eltun İsgəndərovun ev muzeyi və qəbri ziyarət edildi.

23 yanvar 2019 | 16:00

Samuxlu gənclərlə Milli Qəhrəman Eltun İsgəndərovun ev muzeyinə və qəbri üzərinə ziyarət təşkil olundu. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin, Gənclər və İdman İdarəsinin, Yeni Samux qəzetinin, Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri İctimai Birliyinin Samux rayon bölməsinin və hərbi xidmətə yola salınacaq gənc çağırışçıların iştirakı ilə Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun ev muzeyinə və qəbri üzrəinə ziyarət təşkil edildi. Tədbir ilk öncə Milli Qəhrəmanın qəbri üzərinə ziyarət təşkil  edilməklə başladı. Milli Qəhrəmanın qəbri üzərinə gül dəstələri qoyan ziyarətçilər daha sonra ev muzeyinə yollandılar. Çıxış edənlər Milli Qəhrəmanın keçdiyi şərəfli xidmət yolundan danışaraq hərbi xidmətə yollanacaq  gənc çağırışçılara geniş məlumat verdilər. Qeyd olunduki Milli Qəhrəmanımızın keçdiyi şərəfli həyat yolu, göstərdiyi igidlik bütün Azərbaycan gəncliyi üçün müsbət örnəkdi. Milli ruhda yetişən gənclik bu ölkənin gələcəyidir

Keçidlər