Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycanın rayonlarında gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar xüsusi qərərgah yaradıldı

16 yanvar 2019 | 16:00

Samux rayonunda  Azərbaycanın rayonlarında  gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar olaraq xüsusi qərərgah yaradıldı.  Samux rayon İcra Hakimiyyəti Başçısının 16.01.2019-cu il tarixli  02 saylı Sərəncamına əsasən yaradılmış xüsusi qərərgahın göstərilən tarixdə saat 18:00 da ilk  iclası keçirildi.
İclası giriş nitqi ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı, cənab Alı Qocayev komissiya üzvlərinə və digər əlaqədar təşkilatlara baş verə biləcək ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar öz tapşırıq və göstərişlərini verdi.
Samux rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayev vəziyyət ilə əlaqədar artıq texnikaların tam hazır vəziyyətə gətirildiyini və hər hansı bir təbii fəlakətlə əlaqədar olaraq baş verə biləcək hadisələrdə insanların təxliyyə və təhlükəsizliyi ilə bağlı tədbirlərin planlaşdırıldığını bildirdi.

Keçidlər