Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyətinin başçısı yeni tikilən körpü ilə tanış olmuşdur.

14 yanvar 2019 | 16:00

Samux rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev Samuxda 3 kəndi birləşdirən yeni avtomobil körpüsünün  tikintisi ilə yaxından tanış olmuşdur. Belə ki, uzunluğu 13 kilometr olan və tikintisi ötən il başa çatdırılan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu üzərindəki körpünün inşasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər nəticəsində yol ötürücüsünün uzunluğu 18 metr, eni 8.4 metr, hündürülüyü isə 4.5 metr olacaq. Texniki qurğuda avtomobillərin hərəkəti ilə yanaşı piyada zolağı da nəzərdə tutulub. Körpünün təyinatı Boz dağ silsiləsindən və Çeyrançöl ərazisindən yaz və payız aylarında gələn sel sularının Kür çayına axıdılmasıdır.

Keçidlər