Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Nizamişunas Sabir Hesenzade ile görüş keçirilmişdir

22 dekabr 2018 | 16:00

21 dekabr 2018-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru, Azərbaycanın böyük və əvəzsiz şairi Nizami Gəncəvini səkkiz müxtəlif sahədə araşdırmış tədqiqatçı, fizik, şair, müəllim Sabir Həsənzadə ilə görüş keçirildi. Görüşdə Samux rayon İcra Hakimiyyəti Aparatı İctimai siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi  Mehman Əliyev, “Yeni Samux” qəzetinin redaktoru Azər Əhmədov, rayon ağsaqalları şurasının üzvü, ziyalı, şair Gəray Bayram məktəblilər, müəllim kollektivi, rayon ictimaiyyəti həmçinin Texnologiya Universitetinin müəllim kollektivi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin əməkdaşları kimya üzrə fəlsəfə elmləri doktoru İmran Qasımov, Sədaqət xanım, şair Aydın Murovdağlı və s. qonaqlar  iştirak etdi. Tədbiri giriş sözü ilə açaraq şairi təqdim edən və ondan geniş bəhs edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarına Zakir Muradovun rejissorluğu ilə çəkilmiş “Nizami zəvvarı” adlı qısametrajlı filmi izləməyi təklif etdi. Filmdən sonra çıxışlar dinlənildi. Çıxış edən qonaqlar Sabir müəllimin insani keyfiyyətlərindən, yaradıcılığından bəhs etməklə yanaşı eyni zamanda Nizami yaradıcılığının ölməzliyindən, elmi əhəmiyyətindən danışdılar. Samux şəhər 1 saylı və Samux şəhər 2 saylı məktəblərin şagirdləri dahi Nizami Gəncəvinin qəzəllərindən həmçinin Sabir müəllimin şeirlərini səsləndirdilər. Görüşə gəlmiş tədbir iştirakçıları qarşısında geniş nitq söyləyən Sabir Həsənzadə sonda tədbir iştirakçılarına Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayevə, Samux rayon Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirdi.  Sonda Ulu öndərin büstü önündə xatirə şəkili çəkildi.

Keçidlər