Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məktəblər arasında respublika çempionatının rayon mərhələsi çərçivəsində şahmat idman növü üzrə rayon birinciliyi təşkil olundu.

21 noyabr 2018 | 16:00

20-21 noyabr 2018-ci il tarixində Samux rayonunda məktəblər arasında respublika çempionatının rayon mərhələsi çərçivəsində şahmat idman növü üzrə rayon birinciliyi təşkil olundu. Nəzərinizə çatdıraqki çempionat 4 idman növü üzrə : atletika, valeybol, basketbol və şahmat idman növləri üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 1-ci yerə Qarayeri qəsəbə 1 saylı məktəb-lisey, 2-ci yerə Sərkar kənd tam orta məktəbi, 3-cü yerə isə Samux şəhər 2 saylı tam orta məktəb komandası layiq görüldülər. 1 və 2-ci yeri tutan komandalar növbəti aylarda keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcək. Yarış qaliblərini təbrik edir , uğurlar arzulayırıq.

Keçidlər