Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda " Məktəblər Arasında Respublika Çempionatı" nın rayon mərhələsi çərçivəsində valeybol idman növü üzrə qızlar arasında yarış təşkil olundu.

10 noyabr 2018 | 16:00

Samux rayonunda " Məktəblər Arasında Respublika Çempionatı" nın rayon mərhələsi çərçivəsində valeybol idman növü üzrə qızlar arasında yarış təşkil olundu. Nəzərinizə çatdıraqki çempionat 4 idman növü üzrə : atletika, valeybol, basketbol və şahmat idman növləri üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Oyunun yekun protokoluna əsasən 1-ci yerə Əlibayramlı kənd orta məktəb komandası, 2-ci yerə Qarayeri qəsəbə 2 saylı tam orta məktəb komandası, 3-cü yerə Ziyadlı kənd tam orta məktəb komandası, 4-cü yerə isə Qarayeri qəsəbə 1 saylı məktəb-lisey komandası layiq görüldü. Qalib komandaları təbrik edirik. Məlumat üçün bildiririk ki, 1 və 2-ci yeri tutan komandlar Gəncə şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcək

Keçidlər