Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

28 avqust 2018 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Aşağı Ağasıbəyli     kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İmanov Nazim Məmi oğlu  əkin sahələrini suvarılması üçün yeni bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
2. Cəfərov Siyabənd Yaqub oğlu  Örüş torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsini xahiş etdi.
3. Sadıqov Cavad Tahir oğlu  sel sularından səmərəli istifadə etmək üçün su arxlarının təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər