Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda taxıl biçini uğurla başa çatmışdır

15 avqust 2018 | 16:00

Rayonda 2018-ci ilin məhsulu üçün 10675 hektar sahədə taxıl biçini aparılmışdır. Taxıl biçininin 6570 hektarı buğda, 4105 hektarı isə arpa sahəsi olmuşdur. Sahələrdən 36601 ton məhsul yığılmışdır ki, bu da son 9 ildə ən yüksək göstəricidir. Bu il əvvəlki ilə nisbətən 13728 ton və ya 60 faiz çox taxıl istehsal olunmuşdur. Məhsuldarlıq hər hektardan 34,3 sentner olmuşdur ki, bu isə əvvəlki ilə nisbətən 24,7 faiz çoxdur.
Taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarını yaradılması ilə bağlıdır. Bundan əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən düzgün istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərmişdir.
Hal-hazırda tarlalarda payızlıq taxıl səpininə hazırlıq işləri aparılır. Təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün 4528 hektar sahədə şum qaldırılmışdır. Rayonda gələn il daha çox taxıl istehsalı gözlənilir. 

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər