Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda bu il 3719 hektar təkrar əkin aparılmışdır

10 avqust 2018 | 16:00

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, yəni subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi rayonda kənd zəhmətkeşlərinin torpağa olan həvəsini daha da artırmışdır. Bunun nəticəsidir ki, 2018-ci ilin I yarımilində rayon üzrə kənd təsərrüfatə məhsullarının istehsal həcmi 40618 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.
       “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2015-ci il tarixli Sərəncamına əsasən təkrar əkinlər aparan kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi təkrar əkinlərin həyata keçirilməsini daha da stimullaşdırmışdır. Belə ki, rayonda bu günədək 3719 hektar təkrar əkin aparılmışdır.Təkrar əkinin 3531 hektarı qarğıdalı, 80,5 hektarı günəbaxan, 57 hektarı birillik otlar, 45,5 hektarı tərəvəz və 5 hektarı kartof olmuşdur. Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərir.
       Rayonda təkrar əkinlərin aparılması davam edir.   


Samux Rayon Statistika İdarəsi

Keçidlər